GƏLƏCƏKDƏ SUBSİDİYALAR HAZIR MƏHSULA GÖRƏ VERİLƏCƏKDİR
Bakı, 9 sentyabr (AZƏRTAC). Gələcəkdə dövlət tərəfindən taxıl istehsalçılarına subsidiyalar hasil edilən məhsulun çəkisinə görə veriləcəkdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov bununla əlaqədar Nazirlər Kabinetində keçirilən görüşlərdə müzakirələr apardıqlarını bildirmişdir. “Gələcəkdə biz hazır məhsula görə subsidiyalar verəcəyik”, - deyən nazir hələlik hazırkı qaydada subsidiyaların verilməsini daha məqsədəuyğun hesab edir.
Xatırladaq ki, taxıl istehsalçılarına yanacaq və motor yağları üçün 40 manat, həmçinin məhsulun yetişdirilməsi üçün əlavə 40 manat olmaqla, hər hektara görə ümumilikdə 80 manat subsidiya verilir. Bu, hər ton taxıla 16 manat subsidiya deməkdir. Bunun üçün hər il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]