GƏLƏN İLDƏN ƏLAVƏ DƏYƏR VERGİSİ AŞAĞI SALINA BİLƏR
Vergilər naziri Fazil Məmmədov AZƏRTAC-a bildirmişdir ki, gələn ildən başlayaraq əlavə dəyər vergisi aşağı salına bilər.
Azərbaycanın iqtisadi potensialı, büdcə daxilolmaları və büdcə daxilolmaları üzərində nəzarət, depozit hesablarının səmərəli işləməsi və s. buna imkan verir. Artıq hökumət dairələrində bununla bağlı müzakirələr aparılır.