Gənc cüdoçularımız Avropa kuboku yarışlarında 9 medal qazanıblar
Bakı, 23 iyul, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku yarışlarına yekun vurulub. Mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa kubokunun gümüş medalına sahib olub.
Bununla da, cüdoçularımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.
Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]