Gənc güləşçilər arasında Azərbaycan çempionatına start verilib
Bakı, 28 mart, AZƏRTAC
Bakı İdman Sarayında gənclər arasında güləş üzrə Azərbaycan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi çempionatı beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edir.
Martın 30-dək davam edəcək yarışlarda medal qazanacaq idmançılar sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımıza cəlb ediləcəklər.
Gənclər arasında ölkə birinciliyi başa çatdıqdan sonra yeniyetmə güləşçilərin Azərbaycan çempionatına start veriləcək. Yarış aprelin 1-dən 4-dək Bakı İdman Sarayında təşkil olunacaq.
Hər iki yarışda arenaya giriş sərbəst olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]