HEYDƏR ƏLİYEV - 100
“Gənc İstedadlar” liseyində konfrans: Heydər Əliyev və Azərbaycan gəncliyi
Bakı, 26 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda liseyin direktoru Arif Bağırov və digər çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyəti haqqında məlumat veriblər. Çıxışlarda dahi şəxsiyyətin təhsilə, milli-mənəvi dəyərlərə yüksək qiymət verdiyi vurğulanıb.
Daha sonra Ulu Öndərə həsr olunan videoçarx nümayiş edilib.