GƏNCƏ MƏŞĞULLUQ MƏRKƏZİNDƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər Məşğulluq Mərkəzində “İşə götürənlərin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dövlət və özəl müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə vakant iş yerləri barədə məşğulluq mərkəzinə məlumat verməyən idarə və müəssisə rəhbərlərinin adları açıqlanmış, sonra mövzu ətrafında müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, mərkəzin apardığı yoxlamalar nəticəsində şəhərin 10 təşkilatında belə nöqsanlar aşkar edilmiş və qanunda nəzərdə tutulmuş qaydada cəza tətbiq olnmuşdur.
Tədbirdə Gəncədə əlillər üçün güzəştli iş yerlərinin olmaması məsələsi də diqqətə çatdırılmış və bu məqsədlə müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Özəl idarə və müəssisə rəhbərləri yaradılan sağlam iş şəraitindən razılıq etmiş və əhalinin məşğulluğunun təminatı sahəsində dövlət siyasətinin əhəmiyyətindən danışmışlar.