Gəncədə 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir
Gəncə, 19 yanvar (AZƏRTAC). Kəpəz Rayon İcra Hakimiyyətində 20 Yanvar hadisələrinin 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bildirilmişdir ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüskar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən və Bakının küçə və meydanlarına çıxaraq etirazlarını bildirən geniş xalq kütləsinə qarşı sovet ordusunun hücumu Azərbaycanda misli görünməmiş faciə ilə nəticələnmişdir. Öz ölkəsinin, xalqının azadlığını, onun şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.Tökülən şəhid qanları bizi uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyimizə qovuşdurmuşdur.
Anma mərasimi 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]