Gəncədə 20 Yanvar faciəsinin 21-ci ildönümü qeyd edilmişdir
Gəncə, 21 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 21-ci ildönümü Gəncədə də ümumxalq hüzn günü kimi qeyd edilmişdir. O qanlı faciənin dəhşətlərini əks etdirən abidənin önünə toplaşan minlərlə şəhər sakini 21 il əvvəl sovet imperiyası tərəfindən Bakıda törədilən qanlı aksiyanı bir daha lənətləmiş, günahkarların cəzalandırılmasını tələb etmişlər.
Saat 12-də şəhərdə bütün hərəkət dayandırılmışdır. Minlərlə gəncəli, idarə və müəssisələrin kollektivləri şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Avtomobillərdən səs siqnalları verildi. Sonra şəhər rəhbərləri, bələdiyyə və ictimai təşkilatların nümayəndələri fəxri qarovulda dayanan əsgərlərin önündən keçərək abidə önünə əklil və tər qərənfillər düzmüşlər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra insan axını abidənin ziyarətinə başlamışdır.
Ziyarətçilər arasında 1990-cı il Yanvarın 20-də Bakıda sovet ordusunun gülləsinə tuş gələrək şəhid olan Valeri Boqdanovun anası Valentina Boqdanova da vardı. O, oğlunun Azərbaycanın müstəqilliyi uğrunda həlak olmasından qürur duyduğunu bildirərək deyir ki, 20 Yanvar hadisələri sovet imperiyasının süqutu ilə nəticələndi. Azərbaycana qarşı törədilən vəhşilik xalqın mətinliyini daha da möhkəmləndirdi və respublikamızın müstəqilliyini daimi etdi. Buna görə hər birimiz o müdhiş gecənin qurbanları qarşısında baş əyir və ehtiram göstəririk.
Anım mərasimi bütün gün davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]