Gəncədə ekoloji qanunvericiliyi pozanlar ciddi cəzalandırılır
Gəncə, 30 oktyabr (AZƏRTAC). Gəncədə ekologiyanı pozanlar haqqında ciddi cəza tədbirləri görülür.
Bu barədə AZƏRTAC-a məlumat verən 10 nömrəli ərazi ekologiya və təbii sərvətlər şöbəsinin baş məsləhətçisi Əlikram Qurbanov demişdir ki, 9 ayda şəhərdə ekoloji qanunvericiliyi pozanlara qarşı 73 akt və 11 protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması üçün 28 məcburi göstəriş verilmiş, 37 min 600 manat məbləğində cərimə tətbiq edilmişdir.
Cərimələnənlər əsasən qanunsuz ağac kəsənlər, Gəncə çayına məişət tullantısı atanlardır. Çayın çirkləndirilməsi yay aylarında, qanunsuz ağackəsmələrin isə qış aylarında baş verdiyini nəzərə alaraq şöbədə müxtəlif mövsümlərdə fəaliyyət göstərən xüsusi komissiyalar yaradılmışdır. Komissiyaların üzvləri hər gün əraziyə baxış keçirir və əhali arasında maarifləndirici təbliğat işləri aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]