Gəncədə sahibkarlarla görüş keçiriləcək
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 19-u saat 11:00-da Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Gəncə şəhərindəki Gənclər evində sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirəcək.
SİF-dən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlətin dəstək mexanizmləri barədə məlumat veriləcək, sahibkarların təklifləri dinləniləcək.