Gəncədə Ulu Öndərin xatirəsinə 100 ədəd Xan çinarı əkilib
Gəncə, 28 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nizami Gəncəvinin məqbərəsinin ətrafında keçirilən ağacəkmə aksiyası zamanı 100 ədəd Xan çinarı əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.