GƏNCƏYƏ YENİ MƏİŞƏT TEXNİKALARI GƏTİRİLMİŞDİR
Gəncə Təmizlik İdarəsinin rəisi Nizami Babayev AZƏRTAC-ın müxbirinə demişdir ki, şəhərə müasir standartlara cavab verən yeni məişət texnikası və avadanlıq gətirilmişdir.
3 ədəd “MAN”, 4 ədəd “KamAZ” və “MAZ” markalı məişət tullantıları toplayan avtomaşınlar, eləcə də 2 ədəd süpürmə texnikası əl əməyini tamamilə yüngülləşdirəcəkdir. Almaniya, Avstriya və Rusiya istehsalı olan yeni texnika iş qabiliyyətinə görə də əvvəlkilərdən xeyli fərqlənir.