GORANBOYDA 5 YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yeni dərs ilinin ilk günündə Goranboyda 5 yeni məktəb binası istifadəyə verilmişdir.
Rəhimli, Veyisli, Yəhərçi Qazaxlar, Yolqulular və Qarqucaq kəndlərində istifadəyə verilən bu məkəblərdə tədrisin keyfiyyətini yüksəltmək üçün hər cür şərait yaradılmışdır.
Yeni dərs ilinin başlanması və məktəblərin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər hər bir şəraiti ilə dunya standartlarına cavab verən bu təhsil ocaqlarında təlim-tərbiyənin yüksək səviyyədə təşkil olunacağına inamlarını ifadə etmişlər.
Axırda rəmzi qırmızı lent kəsilmiş və şagirdləri siniflərə səsləyən zəng çalınmışdır. Sonra mərasim iştirakçıları yeni məktəblərdə yaradımış şəraitlə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]