Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göygölə bax

Bakı, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC

Odunla qalanmış dəmir sac üstündə, arası ətirli dağ göyləri ilə bol, içərisi xalis xamalı, üzəri sumaxlı olan dadlı kətə, həmçinin bulaq suyundan və ətirli çiçəklərdən dəmlənmiş bir çaynik pürrəngi çay, bir də sərin, saf dağ havası və insanı valeh edən təbiət mənzərələri... Bu unudulmaz, amma çox ucuz başa gələn istirahət üçün elə də uzağa getməyə ehtiyac yoxdur.

Hər gün işə tələsən və hələ məzuniyyətə çıxmağa macal tapmayan, lakin heç olmasa qızmar yayda həftə sonları şəhərin can qovuran istisindən və səs-küyündən uzaq olmaq istəyən, istirahətini harada və necə keçirəcəyini düşünən hər kəs üçün belə məkanlardan biri də Göygöldür. AZƏRTAC-ın əməkdaşının Göygöl təəssüratlarını təqdim edirik.

Təbiətin yurdumuza bəxş etdiyi Göygöl və Maralgöl, (əslində bu ərazidə bir-birindən gözəl 17 bu cür göl var) və bu ətrafdakı məkanlar - Aşıqlı, Hacıkənd, Toğanalı, Sarısu yalnız cənnətin yer üzündəki bir parçası deyil, həm də Gəncəbasar sakinlərinin, yerli və xarici turistlərin xüsusən qızmar yay günlərində ən çox üz tutduğu, istirahət etdiyi məkanlardır.

Hər fəslin özünə görə qayğısı var. Yay fəslinin qovurucu istiləri xüsusən şəhər mühitində yaşayanlar üçün ayrıca bir qayğıya çevrilir. Ona görə də bu yay günlərində çoxlarını öz istirahətini harada və necə, həm də daha ucuz keçirməsi düşündürür. İndi ölkəmizdə müxtəlif istiqamətlərə, bir-birindən gözəl təbii və tarixi məkanlara turizm marşrutları fəaliyyət göstərsə də, Hacıkənd-Göygöl istiqaməti üzrə səyahət daha ucuz və sərfəlidir.

Qeyd edək ki, bu tərəflər vaxtını dəbdəbəli otellərdə keçirən, müxtəlif xidmətlərin təklif olunduğu, masada adlarını çoxunun tələffüz etməkdə çətinlik çəkdiyi qəlyanaltıların, salatların, xörəklərin və içkilərin düzüldüyü, avropasayağı istirahətə üstünlük verənlərin məkanı deyil.

Göygöl və ətrafdakı ərazilər bu yerlərə üz tutan hər kəsin buradakı təbii gözəlliklərdən və təklif olunan xidmətlərdən yararlana biləcəyi əsl istirahət məkanıdır. İstirahət isə bu yerlərə səyahət edənlərin büdcəsindən və seçimindən asılıdır. Lakin bütün hallarda hər kəsi eyni - xoş, mənalı və yaddaqalan istirahət gözləyir.

Haradan gəlməyinizdən asılı olmayaraq Göygöl şəhərindən üzü Hacıkənd-Göygöl istiqamətinə qalxdıqdan beş dəqiqə sonra avtomobilinizin kondisionerini söndürəcək, pəncərəsini isə aşağı endirəcəksiniz. Çünki dağ yolu ilə yüksəkliyə qalxdıqca qarşınızda açılan bir-birindən gözəl təbiət mənzərələri və sərinləyən hava sizi buna vadar edəcək. Çox keçmədən Gəncə, yaxud Göygöl şəhərindən fərqli olaraq burada 10-15 dərəcə aşağı temperaturu hiss edəcəksiniz.

Hacıkənd-Göygöl yolu çoxlu dolaylardan keçən dağ yolu olsa da, şəxsi avtomobilində texniki nasazlığı olmayan və idarəetməni bacaran heç kəs üçün bu yolda hər hansı ekstrim gözlənilmir.

Göygöl şəhərindən aralanınca beş dəqiqədən sonra rayonun Aşıqlı kəndinə çatacaqsınız. Yolboyu cərgələnən kənd evlərinin qarşısında qoyulmuş piştaxtaların üzərində bu yerlərdə bitən və kəndlilərin özü tərəfindən hazırlanmış müxtəlif məhsulların düzüldüyünü görəcəksiniz. Bu kəndin sakinləri istirahətə gələnlərə xalis beçə balı, qaymaq, nehrə yağı, qoyun pendiri, isti təndir çörəyi, yuxa, hər cür xəstəliyin müalicəsində istifadə olunan qurudulmuş dağ çiçəkləri, şəfalı otlar, bu dağlarda bitən moruq, böyürtkən, qarağat, zoğal, itburnu və bənövşədən bişirdikləri mürəbbələri, bir də cacıx, baldırğan, çaşır, quşəppəyi və hər cür meyvədən hazırladıqları çeşid-çeşid turşuları və daha nələri təklif edirlər. Gündəlik dolanışığı həyət-bacasındakı məhsulların satışından çıxan zəhmətkeş kənd qadınlarının hazırladıqları bu nemətlər elə dadlı olur ki, onları yeməklə doymaq olmur. Ona görə də yaxşı olar ki, bu nemətləri səfərinizdən geri qayıdarkən alasınız.

Bu yol üstündə növbəti kənd çoxunun yaxşı tanıdığı Hacıkənddir. Yay gəlincə dağ yolu üstündəki meşəliklərdə müxtəlif adlarla fəaliyyət göstərən ailəvi istirahət və əyləncə mərkəzlərinin, restoranların müştərisi artır. Axşama yaxın meşədəki ağaclar altında, açıq havada quraşdırılmış kotteclərdə istirahətə gələnlərin çoxluğundan elə də asan yer tapmaq olmur. Bütün məkanlarda təxminən eyni, yəni milli mətbəximizin ən dadlı nümunələri, xüsusən kabablar təklif olunur. Elə istirahətə gələnlər də daha çox kabab sifariş edirlər. Burada kabab yeyən hər kəs bilir ki, bu yerlərin kababı bir başqa ləzzətdə olur. Kimisi bunu işini daha yaxşı bilən kababçı ilə, kimisi də qoyunların qidalandığı zəngin otlarla əlaqələndirir. Kiçik Qafqazın təbiətinə yaxşı bələd olanlar deyirlər ki, ölkəmizdə mal-qaranın qidalanması üçün müəyyən edilmiş 640 cür çəmən-yaylaq bitkisindən 510-nu bu yaylaqlarda bitir. Bitkilərin əksəriyyəti şirin, dadlı və şəfalı otlar olduğundan buradakı qoyunların ətindən bişirilən kabablar da daha dadlı və ləzzətli olur.

Hacıkənd-Göygöl səfərinizi daha yaddaqalan etmək istəsəniz Hacıkənd bulağından su içə, “Sələflər və xələflər” parkında gəzə, sifarişlə aşıq musiqisi dinləyə, yaxud kənd uşaqları tərəfindən bir manata təklif olunan daha bir xidmətdən - at üstündə şəkil çəkdirmək və meşə gəzintisindən istifadə edə bilərsiniz.

Yol üzərindəki ən səfalı məkanlardan biri Toğanalı kəndidir. Bu məkana gedənədək yolunuz dolaylardan keçir. Yuxarı qalxdıqca hava daha da sərinləyir, meşələrin sıxlığı artır. Bu yerlərdə yüksək dağ uçurumlarından qopmuş iri qayalar üzərində bitən hündür ağaclar, dibigörünməz dərələrdən axan kiçik çaylar, qol-budağı bir-birinə sarmaşan gövdəsi mamırlı, hündür və çətirli ağaclar o qədər heyrətamiz mənzərə yaradır ki, insan yolçuluğunun nə vaxt bitdiyini və Toğanalıya çatdığını hiss etmir.

Dağlarla və yamyaşıl meşələrlə əhatələnən Toğanalıda sizi qəfil tutqun və yağmurlu hava qarşılaya bilər. Lakin bunun üçün təəssüflənməyə dəyməz. Çünki dağların qoynunda yerləşən Toğanalıda gün ərzində havanın bir neçə dəfə dəyişdiyini müşahidə etmək mümkündür. Bura gəldiyinizdə bir neçə dəqiqəyə göyün üzünü örtən qara buludları və qəfil başlayan leysanı seyr edə bilərsiniz. Yağış kəsildikdə dağların arxasından göy qurşağı uzanır. Seyrələn buludların arasından boylanan Günəşin şəfəqləri əzəmətli Kəpəzin sərt qayalarında və Göygöl meşələrində bir başqa gözəllik yaradır. Beləcə qarşınızda ruhunuzu dincəldən heyrətamiz mənzərə açılır. Bu mənzərəni görəndə qeyri-ixtiyari böyük şairimiz Səməd Vurğunun misraları yadıma düşür: Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan, Göygölə bax...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub