GÖYGÖLDƏ VƏ KÜRDƏMİRDƏ YOL-NƏQLİYYAT HADİSƏLƏRİ 2 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gəncə şəhər sakini Şahlar Musayev idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində piyada Əli Həsənovu vurmuşdur. Ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ə.Həsənovun həyatını xilas etmək mümkün olmamışdır.
Kürdəmir rayonunun Alpoud kənd sakini Heydər Kərimov sürdüyü “QAZ-3110” markalı avtomaşını aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilən H.Kərimov orada ölmüşdür. Faktlarla bağlı araşdırmalar aparılır.