Göygölün 23 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranacaq
Bakı, 18 mart, AZƏRTAC
Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı bu gün saat 10:00-dan “Əliuşağı” QPS-dən qidalanan “Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:35]
Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur
- 14.10.2026 [18:16]
® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 14.10.2026 [18:12]