GÖZDƏN ƏLİLLƏR ÜÇÜN KİTABXANA İKİNCİ ÖMRÜNÜ YAŞAYIR
1990-cı illərin əvvəllərində, ölkəmiz müstəqillik qazandıqdan sonra kitabxana keçmiş Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Nazirlik də, pis-yaxşı, ona qayğı göstərirdi. Kitabxananın direktoru Şəhla Vəliyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Moskvanın müvafiq təşkilatı ilə kitabxananın yeni kitablar və audiokassetlərlə təchiz edilməsi barədə müqavilə bağlanmışdır. 2004-cü ildə AKC də kitabxanaya qayğısını artırmışdır. OXFAM xarici şirkəti AKC yanında xüsusi səsyazma studiyasının açılmasına dair layihə üzrə qrant almışdır. Bundan əlavə, cəmiyyət gözdən əlillər üçün Azərbaycan dilində xüsusi kitablar buraxmağa başlamışdır.
Nazirliyin səyi ilə kitabxana əsaslı təmir edilmiş, yeni avadanlıq alınmış, audio səsyazma və operator otaqları açılmışdır. Ötən yay keçirilən təntənəli açılış mərasimindən sonra kitabxananın ikinci həyatı başlanmışdır. İstifadəçilərin sayı 400 nəfər artmış, kitab fondu xeyli genişlənmişdir. Hazırda AKC gözdən əlillər üçün Azərbaycan dilində kitab çap edilməsi üçün sifariş almışdır. Yaxın vaxtlarda burada Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının buraxılacağı gözlənilir. Kitabxananın Breylev displeyli (nöqtəli klavişlər), nitq sintezatoru olan xüsusi kompyuterlərə ehtiyacı var. Əgər istifadəçi qrammatik səhv buraxarsa, həmin kompyuter səslə ona xəbərdarlıq edir.
Kitabxananın direktoru əmin olduğunu bildirmişdir ki, yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyi kitabxananın tam gücü ilə işləməsinə kömək edəcəkdir.