GUÖAM ÖLKƏLƏRİ SƏFİRLƏRİ KLUBUNUN İCLASI OLMUŞDUR
Moldovanın Özbəkistandakı səfirliyində GUÖAM ölkələri səfirləri klubunun iclası keçirilmişdir. İclasda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın səfirləri - David Zalkaliani, Anatoli Kasyanenko, Aydın Əzimbəyov və Kilar Efim, habelə Almaniya, Belarus, Hindistan, Qırğızıstan, Latviya, Polşa, Rumıniya və Tacikistanın bu ölkədəki səfirləri müşahidəçi qismində iştirak etmişlər.
İclasda bildirilmişdir ki, təşkilat onun üzvü olan ölkələr arasında iqtisadi əlaqələri dirçəltmək, yeni tranzit yollar yaratmaq, ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək, təhlükəsizliyi təmin etmək, beynəlxalq terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq, habelə elm, mədəniyyət və təhsili inkişaf etdirmək məqsədi ilə yaradılmışdır.
GUÖAM-ın yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin böyük rolunu vurğulayan səfir Aydın Əzimbəyov demişdir: “Azərbaycan tərəfi qurum çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərə əməl etmişdir”.
Çıxış edənlər GUÖAM çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]