Gürcü rəssam: Yaratdığım əsər xüsusi olaraq “YARAT” üçün hazırlanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Yaratdığım əsər xüsusi olaraq “YARAT” üçün hazırlanıb. Bu məkanda mən öz psixologiyam üzərində çalışıram, müharibələr və qürbətdə yaşadığım keçmiş travmalarımdan qurtuluram.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində gürcü rəssam Andro Semeyko söyləyib.
İllərlə bu sahədə çalışdığını qeyd edən rəssam bildirib: “Bu səhnə insanın kimliyi ilə əlaqədardır. Mən artıq kimliklə əlaqəli sənət əsərləri və konseptlər üzərində çalışıram. Məhz bu səbəbdən həmin işi görmək mənə çox uyğun oldu. Mən artıq həyatımın o dövründəyəm ki, öz əcdadlarımın irsi barəsində düşünməyə başlamışam. Mənim ailəmin əsli gürcü, ukraynalı, rus və britaniyalıdır. Buna görə də mən nəhəng instalyasiya düzəltmək qərarına gəldim. İnstalyasiyamda divar kağızı, parçalar və 3 kanaldan ibarət televiziya var. Bir növ psixoloji bir mühit yaradıram. “Telling of one zone story” (“Bir zonanın hekayəsi”) instalyasiyamın adı eyniadlı məşhur sosioloq Stuart Holun müəlliflik etdiyi essedən götürülüb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]