Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri istefa verib
Tbilisi, 30 iyun, AZƏRTAC
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya vəzifəsindən istefa edib.
AZƏRTAC xəbər verir ki, T.Jivaniya vəzifəsini tərk etməsi ilə bağlı bu gün bəyanat yayıb.
T.Jivaniya deyib: “Mən 8 ilə yaxındır MSK-ya rəhbərlik edirəm. Ötən müddət ərzində prezident, parlament və yerli seçkilərlə yanaşı, təkrar seçkilər də daxil olmaqla, 6 seçki keçirilib. Bu vəzifəmdə daha iki il qala bilərdim, lakin iyulun 1-dən vəzifəmi tərk edirəm. İnanıram ki, bu addımım MSK sədrinin yenilənmiş Seçki Məcəlləsinin tələblərinə uyğun seçilməsinə imkan verəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]