Gürcüstan Milli Bankı qızılla vəsait saxlamır
Tbilisi, 11 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Gürcüstanın beynəlxalq valyuta ehtiyatları artaraq 5 066,7 milyon ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının saytında məlumat yerləşdirilib.
Bildirilir ki, iyun ayında ölkənin beynəlxalq valyuta ehtiyatları 65,3 milyon dollar, ilin əvvəlindən isə 165,2 milyon dollar artıb. Analitiklərin fikrincə, ehtiyatların həcminin dəyişməsi hökumətin və bank sektorunun valyuta əməliyyatları, həmçinin Gürcüstan Milli Bankının valyuta alması ilə bağlıdır.
Gürcüstanın xarici valyutaya çevrilən beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsini təşkil edir və 4,6 milyard dollar təşkil edir.
Valyuta ehtiyatlarının strukturunda digər aktivlərin dəyəri 658,6 min dollardır.
Gürcüstan Milli Bankı qızılla vəsait saxlamır.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [23:04]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]