Gürcüstan parlamentinin sədri yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Tbilisi, 10 aprel, AZƏRTAC
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsinə verdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, Papuaşvili Azərbaycan Prezidentinin aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda səsləndirdiyi fikirləri Gürcüstan-Azərbaycan dostluğunun təzahürü adlandırıb.
"Bu, bizim dostlarımızla əlaqələrimizin nümunəsidir və eyni zamanda, başqalarından gözlədiyimiz, dəyər verdiyimiz dostluq münasibətidir. Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın əsasında da məhz bu prinsiplər dayanır. Bu, ilk dəfə deyil, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən isə xalqlarımızın mənafeyi naminə qarşılıqlı ehtiram nümayiş etdiririk", – deyə Papuaşvili vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]