GÜRCÜSTAN PREZİDENTİ BERLİNƏ GEDİR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya Federal Kansleri İdarəsi mətbuat xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, Gürcüstanın yeni prezidenti Mixail Saakaşvili yanvarın 29-da Berlinə səfərə gələcəkdir. Onu federal kansler Gerhard Şröder dəvət etmişdir.
Mətbuat xidmətinin məlumatında bildirilir ki, Almaniya ilə Gürcüstan arasında ikitərəfli münasibətlər, Gürcüstanın Avroatlantik qurumlara cəlb olunmasına Almaniyanın dəstəyi, xüsusilə Cənubi Qafqazda mövcud siyasi vəziyyət federal kansler Şröder və Gürcüstan prezidenti Saakaşvili arasında danışıqların əsas mövzusu olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]