Gürcüstan universitetlərində xarici ölkələrin 12 mindən çox nümayəndəsi təhsil alır
Tbilisi, 1 mart, AZƏRTAC
Hazırda Gürcüstanın ali məktəblərində xarici ölkələrdən 12 min nəfərdən çox tələbə təhsil alır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 2018-2019-cu tədris ilində Gürcüstan ali məktəblərində təhsil alan xarici tələbələrin sayı 12 min 234 nəfər təşkil edib. 2017-2018-ci tədris ilində isə bu rəqəm 10 min 74 nəfər olub.
Gürcüstan ali məktəblərində təhsil alan xarici tələbələr sırasında Hindistan vətəndaşları üstünlük təşkil edir. Hazırda Gürcüstanda 6 min nəfər hindistanlı təhsil alır. Azərbaycandan olan tələbələrin sayı 2124, iranlı tələbələrin sayı 759, Rusiyadan olan tələbələrin sayı isə 306 nəfərdir.
Xarici tələbələr sırasında Türkiyə, Pakistan, Əfqanıstan, Ermənistan, Suriya vətəndaşları da var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:35]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:13]