Gürcüstanda 13 iyun faciəsindən 10 il ötür
Tbilisi, 13 iyun, AZƏRTC
Gürcüstanda məlum 13 iyun faciəsindən 10 il ötür. 2015-ci il iyunun 13-də Tbilisidə Vere çayı üzərindəki bənd yarılıb və sel suları şəhərin bir neçə hissəsində ciddi fəsadlar yaradıb. Nəticədə 21 nəfər həlak olub, iki nəfər itkin düşüb, yüzlərlə insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu gün insanlar Vere çayının ən çox ziyan vurduğu ərazidə - Tbilisi heyvanxanasının yanında toplaşıb, faciə qurbanlarının xatirəsini anıblar.
Qeyd edək ki, təbii fəlakət yaşayış binalarını, yolları, körpüləri, tunelləri, istinad divarlarını, kommunikasiya sistemlərini sıradan çıxarıb. Şəhərin infrastrukturuna, o cümlədən Vake-Saburtalo estakadasına, Kojori-Samadlo yoluna və Axaldaba-Tskneti yoluna ziyan dəyib. Zoopark tamamilə su altında qalıb, heyvanların çoxu seldə tələf olub.
Azərbaycan bu faciə zamanı dost və qardaş gürcü xalqına yardım etmişdi. Gürcü xalqı həmin yardımı bu gün də unutmur.
Qeyd edək ki, Vere çayı 1960 və 1963-cü illərdə, eləcə də 1972 və 1995-ci illərdə məcrasında çıxıb və böyük ərazilər su altında qalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]