Gürcüstanda külli miqdarda narkotik maddə müsadirə edilib
Tbilisi, 27 fevral, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri həyata keçirib. Nəticədə iki nəfər xarici ölkə vətəndaşından külli miqdarda narkotik maddə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.
Bildirilib ki, təqsirləndirilən şəxslərin şəxsi və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı polis xüsusilə külli miqdarda narkotik vasitə olan heroin müsadirə edib.
İstintaq müəyyənləşdirib ki, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumidə satış üçün müxtəlif yerlərdə saxlayıblar.
Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]
Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
- 27.10.2026 [17:57]
Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib
- 27.10.2026 [17:45]
İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir
- 27.10.2026 [17:00]