Gürcüstanda narkotiklərə qarşı irimiqyaslı əməliyyat keçirilib
Tbilisi, 30 iyun, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları narkotiklərlə mübarizə tədbirləri çərçivəsində ölkənin bir neçə bölgəsində xüsusi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadze bununla əlaqədar keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, narkotikçilərə qarşı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 52 nəfər saxlanılıb. Onlar arasında qadınlar və 1 yetkinlik yaşına çatmamış şəxs var. Onlar külli miqdarda narkotik vasitəni əldə etməkdə, saxlamaqda və satmaqda ittiham olunurlar.
Həbs olunanların arasında Gürcüstanla yanaşı Almaniya, Ukrayna, Türkiyə, Rusiya Federasiyası, Nigeriya, Hindistan və İran vətəndaşları da var.
Qeyd edək ki, əməliyyat axtarış tədbirləri səhər saatlarından etibarən, paytaxt Tbilisi ilə yanaşı, ölkənin bir çox regionunda həyata keçirilib.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]