Gürcüstanda qarşıdakı 4 həftə ərzində epidemiyanın yayılması təhlükəsi böyükdür
Tbilisi, 29 mart, AZƏRTAC
“Koronavirus pandemiyası çox ciddi təhlükəli həddə çatıb. Milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün məmur və sadə vətəndaşlar vəziyyətin ciddiliyini nəzərə almalıdırlar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri Amiran Qamkrelidze söyləyib.
A.Qamkrelidze deyib: “Bizdən daha güclü iqtisadiyyata və səhiyyəyə malik olan Avropa ölkələrində də vəziyyət çox ağırdır. Biz hamımız bunu görürük və bundan bir nəticə çıxarmalıyıq. Epidemiya riski həqiqətən ölkəmizdə də mövcuddur. Təhlükə ciddidir, qarşıdakı 1 ay çox çətin olacaq. Buna görə də bu iki ayı evdə olmalıyıq. Səhiyyə Nazirliyinin və Gürcüstan hökumətinin tövsiyələrinə əməl etməliyik. Əgər buna riayət etməsək, qarşıdakı 4 həftə ərzində ölkədə epidemiyanın yayılması təhlükəsi böyükdür. Buna görə də hər kəsdən bir daha qaydalara əməl etməyi xahiş edirəm”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]