Gürcüstanda yaşayan azərbaycanlı rejissorun əsəri Polşada nümayiş etdiriləcək
Tbilisi, 22 sentyabr, AZƏRTAC
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının rejissoru Turqay Vəlizadə Avropa ölkələrinin dövlət dram teatrlarında tamaşalar səhnələşdirməyi uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, istedadlı rejissor hazırda Polşa Dövlət Teatrında A.Çexovun əsərini səhnələşdirir. Bu, rejissorun Avropa ölkələrində səhnələşdirdiyi 4-cü tamaşadır. Onun premyerası sentyabrın sonunda olacaq.
Məlumat üçün qeyd edək ki, Turqay Vəlizadə Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetində magistr dərəcəsi almış ilk azərbaycanlı rejissordur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]