Gürcüstanda yaşayan soydaşlarımız Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər
Tbilisi, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Müstəqillik Günü Gürcüstandakı soydaşlarımız tərəfindən silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi, Arıxlı (Naxiduri) İcma Mərkəzi və Saqareco rayonundakı Parlaq Gələcək Tədris Mərkəzində Gürcüstanın (26 may) və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, iki dost və qardaş xalqın azadlıq uğrundakı mübarizəsindən və əldə olunan uğurlardan danışılıb.
Mərkəzlərdə təhsil alan tələbə və gənclər Azərbaycan və gürcü dillərində şeirlər söyləyib, milli rəqslərimizi ifa ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi