GÜRCÜSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİXAİL SAAKAŞVİLİYƏ
Dost Gürcüstanın Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə Sizin qələbəniz xalqınızın Sizə bəslədiyi böyük etimadın təzahürüdür.
Əminəm ki, Siz bu yüksək vəzifədə fəaliyyətiniz dövründə Gürcüstanın qarşısında duran problemlərin həlli yolunda addımlarınız ilə seçicilərinizin ümidlərini doğruldacaqsınız.
Ümidvaram ki, xalqlarımız arasında tarixi ənənələrə malik möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir. İnanıram ki, ölkələrimizin birgə iştirak etdiyi irimiqyaslı transmilli iqtisadi layihələrin həyata keçirilməsi sahəsində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə bir daha öz təbriklərimi yetirir, qardaş Gürcüstan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 yanvar 2004-cü il.