HACIQABULDA İKİ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Hacıqabul şəhərində 640 və 240 yerlik iki yeni məktəb binasının açılışı olmuşdur.
Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən tikilmiş 640 yerlik təhsil ocağı 32 sinif otağı, idman zalı, kitabxana, kompyuter kabineti və yeməkxanadan ibarətdir.
Daxili imkanlar hesabına inşa olunmuş 220 yerlik məktəbdə də tədris işlərini yüksək səviyyədə aparmağa imkan verən maddi-texniki baza yaradılmışdır.
Açılış mərasimlərində iştirak edən Təhsil Nazirinin müavini İskəndər İskəndərov, rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov və Milli Məclisin deputatı Rəfail Hüseynov müəllim və şagirdləri, valideynləri əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]