Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb VİDEO
Hacıqabul, 17 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan bir kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.