Hacıqabullular Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər
Hacıqabul, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Hacıqabul şəhərindəki “Şəhidlər” abidə kompleksi önündə keçirilən anım mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri abidə önünə əklillər və gül dəstələri düzmüşlər. Burada soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.
Mərasim şəhər klubunda davam etmişdir.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı məruzə etmişdir.
Toplantıda çıxış edənlər Xocalı faciəsinin insanlığın tarixinə ən dəhşətli terror aktı, soyqırımı kimi daxil olduğunu bildirmiş, bu faciəni iki əsrdən çox bir müddətdə erməni cəlladları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi adlandırmışlar.
Mərasimdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film və ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]