Hakimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
Bakı, 24 mart, AZƏRTAC
Hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ianələr edir.
AZƏRTAC xəbər verir ki, Məhkəmə-Hüquq Şurası, Hakim assosiasiyaları, apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri də bu nəcib təşəbbüsə qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqlarından 550 min manat məbləğində vəsaitin köçürülməsini qərara alıblar.
Hakimlər hər kəsin yüksək sosial məsuliyyət göstərməsinin, epidemiyanın qarşısının alınması üzrə həyata keçirilən tədbirlərə dəstək verməsinin vacibliyini bəyan ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]