Harris seçici dəstəyinə görə hələ də Trampdan öndədir
Bakı, 29 avqust, AZƏRTAC
Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçici dəstəyinə görə hələ də respublikaçı rəqibi Donald Trampı bir qədər qabaqlayır.
AZƏRTAC xəbər verir ki, “The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, bir həftə ərzində fərq 1 faiz azalaraq 2 faiz bəndi təşkil edib.
Belə ki, sorğu iştirakçılarının 47 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 45 faizi Trampa üstünlük verir. Digər 8 faiz isə öz seçimini etmədiyini və ya səs verməyi planlaşdırmadığını bildirib. Bundan əvvəl (9-11 avqust) keçirilən sorğuda Harris Trampı 3 faiz qabaqlayırdı.
Rəy sorğusu avqustun 25-dən 27-dək aparılıb və yaşı 18-dən yuxarı olan 1,5 minə yaxın Amerika vətəndaşının namizədlərlə bağlı fikri öyrənilib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]