CƏMİYYƏT
Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
Bakı, 16 may, AZƏRTAC
Ölkə ərazisində mayın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15° isti, gündüz 18-22° isti, gündüz 18-22°, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, mayın 17-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə və səhər duman olacaq.
Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 9-12° isti, gündüz 16-21° isti olacağı gözlənilir.