Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir
Bakı, 25 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Cənub-qərb küləyinin əsəcəyi, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 4-6, gündüz 12-14 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan müsbət 4 dərəcəyədək yüksələcək, gündüz 8-13 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz müsbət 5-10 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]