Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir
Bakı, 4 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaqdır.
Havanın temperaturu gecə müsbət 1-3 dərəcə, gündüz müsbət 5-7 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın regionlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək yüksələcək, gündüz müsbət 6-9 dərəcə, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan müsbət 4 dərəcəyədək olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]