Həmvətənimiz Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin başçısı təyin edilib
Kiyev, 5 may, AZƏRTAC
AZƏRTAC Ukraynanın hökumət portalına istinadla xəbər verir ki, Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri təyin edilib.
Məlumatda deyilir: “Nazirlər Kabineti mayın 5-də keçirilən növbədənkənar iclasında Roman Nəsirovu Dövlət Fiskal Xidmətinin sədri təyin edib”.
Xatırladaq ki, həmvətənimiz Roman Nəsirov Ukrayna Ali Radasının “Pyotr Poroşenko bloku” fraksiyasından xalq deputatı, parlamentin Vergi və gömrük siyasəti məsələləri komitəsinin başçısı, Ali Radanın Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Ukrayna maliyyə nazirinin müavini Yelena Makeyeva Fiskal Xidmətini yeni rəhbərinin təyin edilməsini Ukrinform-a belə şərh edib: “Dövlət Fiskal Xidmətinin yeni təyin olunmuş başçısı Roman Nəsirov vergi və gömrük qanunvericiliklərini mükəmməl bilir və biznes ilə hakimiyyətin maraqları arasında tarazlıq yaratmağa qadirdir”.
Y.Makeyevanın sözlərinə görə, R.Nəsirovun istər biznesdə, istərsə də siyasətdə iş təcrübəsinin olması müsbət haldır. O deyib: “R.Nəsirov başqa ölkələrin vergi islahatları sahəsində Avropa təcrübəsini yaxşı bilir. Hamı ondan çevik qərarlar gözləyir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]