Həmvətənimiz, Ukraynanın xalq deputatı Oleq Babayev Kremençuqun meri vəzifəsinə namizəd irəli sürülmüşdür
Bakı, 8 oktyabr (AZƏRTAC). Kremençuq ərazi seçki komissiyasının məlumatına görə, Poltava vilayətinin Kremençuq şəhərinin meri vəzifəsinə 9 namizəd irəli sürülmüşdür.
Həmvətənimiz, Ukraynanın xalq deputatı, “Vorskla” futbol klubunun (Poltava) prezidenti Oleq Meydanoviç Babayevin namizədliyi “Batkıvşina” (“Vətən”) partiyasından irəli sürülmüşdür.
Oleq Babayevin rəqibləri “Kremteks” müəssisəsinin baş direktoru Andrey Bezkorovaynı, “ABM Amper” MMC-nin direktoru Viktor Buqayçuk, “Avro-Asiya-İksim” MMC-nin direktor müavini Aleksandr Bortnik, Kremençuqun hazırkı meri Nikolay Qluxov və başqalarıdır.
AZƏRTAC-ın xəbər verdiyi kimi, Ukraynada yerli özünüidarə orqanlarına seçkilər oktyabrın 31-də keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]