HƏRBÇİLƏRİMİZ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK ETMİŞLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ölkəmizin Silahlı Qüvvələrinin nümayəndələri Hollandiyanın Brunssum şəhərində keçirilən “Çoxmillətli Birləşmiş Operativ Qüvvələrin qərargah zabitləri kursu”ndan və Latviyanın paytaxtı Riqada “Əməliyyat, rabitə və informasiya sistemlərinin planlaşdırılması” üzrə işçi görüşündən qayıtmışlar. Bundan başqa, hərbçilərimiz NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, Almaniyanın Oberammerqau şəhərində “Qərargah zabitləri kursu”nda da iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]