Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
Bakı, 6 iyul, AZƏRTAC
Silahlı Qüvvələrin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.