Hərbi hissələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 26-da hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilib.