Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “NATO-Georgia 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.
NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.