Hərbi qulluqçumuz NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də İtaliyanın paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Elnur Xudayəttinov 33-cü NRCC Nato Regional Əməkdaşlıq Kursundan müvəffəqiyyətlə məzun olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Roma şəhərində yerləşən NATO Müdafiə Kolleci ilə artıq uzun illərdir əməkdaşlıq edir. Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının bariz göstəricisidir. Həmin kollecdən məzun olan zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]