Hesablama Palatası ilə Azərbaycan İnvestisiya Holdinqi əməkdaşlıq edəcək
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatası ilə Azərbaycan İnvestisiya Holdinqi arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Palatadan AZƏRTAC-a bildirilib ki, memorandum çərçivəsində tərəflər kənar dövlət maliyyə nəzarəti tədbirlərinin səmərəliliyinin daha da artırılması üçün təhlillərin aparılması və təkliflərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə razılıq əldə ediblər.
Qeyd edək ki, memorandum tərəflərin fəaliyyətlərində qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin, həmçinin öz səlahiyyətləri daxilində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəkləmək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]