Hesablama Palatası Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürəcək
Bakı, 29 mart, AZƏRTAC
Hesablama Palatasının kollegiya üzvləri və struktur bölmə rəhbərləri ilə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Opertiv Qərargahın qərarlarından irəli gələn məsələlərin həlli, qarşıda duran vəzifələrin icrası və əməkdaşların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər və 2019-cu il qurumun fəaliyyəti ilə bağlı hesabatı barədə müzakirələr aparılıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə koronavirus infeksiyasına qarşı mübarizə istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl edilməsi ilə bağlı tapşırıqlar verilib. İnfeksiyanın qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirləri dəstəkləmək və həmrəylik məqsədilə kollektivin müraciətini diqqətə alaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürülməsi barədə qərar qəbul olunub və bu işin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov xüsusi rejimdə rəhbər şəxslərin fəaliyyətinin təşkil olunması, iclasların, müzakirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi ilə bağlı tapşırıqlar verib. Palatanın 2019-ci il üçün fəaliyyət hesabatı müzakirə edilib və Milli Məclisə göndərilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]