HƏYAT SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİ GÜNÜN VACİB MƏSƏLƏSİDİR
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasında AZƏRTAC-ın müxbirinə demişlər ki, “Yoxsulluğun azaldılması” layihəsini beynəlxalq təşkilatlar - Dünya Bankı, BMT-nin İnkişaf Fondu, Amerika Yardım Fondunun dəstəyi ilə “Ümid” təşkilatı və assosiasiya həyata keçirirlər.
Bu təşkilatlarla birgə keçirilən seminar-treninqlərdə əhalinin yoxsulluqla mübarizə sahəsində fəallığı, həyat səviyyəsinin yüksəldilməsi yolları haqqında iştirakçılara bilgilər verilir. Bu yolla Dövlət Proqramının həyata keçirilməsinə kömək edilir.
Eyni zamanda, beynəlxalq təşkilatlarla birgə vətəndaş cəmiyyətinin mədəniyyəti layihəsi hazırlanır.