Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev – 90
Müasir Azərbaycanın dövlət quruculuğunda Konstitusiya Məhkəməsinin rolu

Konstitusionalizm hər bir dövlətdə hüquqi nizam prinsiplərini tətbiq etmək üçün vacib mexanizmlər sistemidir. Bu anlayış, ilk növbədə, dövlət anlayışı ilə bağlıdır. Çünki məhz dövlət cəmiyyətin inkişafı və onun fərdlərinin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bunun üçün dövlətə vahid hüquqi mexanizmlər tələb olunur. Bunu da konstitusiya hüququ təmin edə bilər. İngilis filosofu Con Lok yazırdı ki, dövlətdə fərd azadlığı cəmiyyətin bütün üzvləri üçün vahid olan daimi qaydaların olmasından ibarətdir.

Azərbaycanda konstitusionalizmin nəzəriyyə və praktikasının öyrənilməsi dövlətçilik prinsiplərinin tətbiqi, demokratik cəmiyyət quruculuğunun inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə, Azərbaycanda konstitusionalizm təcrübəsi mövcud olmuşdur. Həm Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu 1918-ci ildə konstitusiya aktları, həm də respublikamız Sovet İttifaqının tərkibində olduğu zaman Konstitusiyası qəbul edilmişdir. Sovet İttifaqı dövründə yazılan Konstitusiya heç də ölkəmizin maraqlarını, onun milli özünəməxsusluğunu əks etdirməmişdir. Əslində, bu sənəd Azərbaycan üçün sırf formal səciyyə daşımışdır. Bunu həmin sənəddə milli atributların, dövlət dili ilə bağlı maddənin əks olunmaması da təsdiq edir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının təsdiqi yalnız XX əsrin sonlarında - 1995-ci ildə mümkün olmuşdur. Məhz bu tarix Azərbaycanda hər bir müstəqil ölkəyə xas olan konstitusionalizm nəzəriyyəsi və praktikasının yaranmasını labüd etmişdir. Müstəqil ölkənin Konstitusiyası onun ilkin dəyəridir. Yalnız ölkənin müstəqilliyi onun konstitusiyasında milli dəyərləri, xalqın maraqlarını, ölkənin perspektivə hesablanmış inkişafını əks etdirməyə imkan verir. Müstəqil dövlətçilik yoluna qədəm qoyan ölkə Əsas Qanunu vasitəsilə dünya konstitusional hüquq sisteminə daxil ola, özünü sübut edə bilər. Azərbaycan bu müstəqilliyi qazana bildi.

Azərbaycan xalqı müstəqilliyi asanlıqla əldə etməmişdir. Bu yolda çox şəhidlər vermiş, çox itkilərlə üzləşmişdir. Müstəqilliyimizin ilk illərində məhz dövlətçilik prinsiplərinin olmaması, ölkəmizin dünya hüquq sistemində mövqelərini möhkəmlətməyə nail olmaması onun erməni separatçıları tərəfindən başladılan haqsız ərazi iddialarına tutarlı cavab verə bilməməsi ilə nəticələnmişdi. Hesab etmək olar ki, ölkənin Əsas Qanunu onun hüquq sistemində nüvə rolunu oynayır. Həmin dövrdə müstəqil Azərbaycanın Konstitusiyasının olmaması ölkədə digər qanunların tam gücü ilə işləməməsinə gətirib çıxarırdı. Çünki SSRİ dövründə qəbul edilən Azərbaycan Konstitusiyası, ona edilən dəyişiklərə baxmayaraq, müstəqil dövlətin reallıqlarını əks etdirə bilmirdi. Hüquq sisteminə, cəmiyyətə nizamı yalnız Konstitusiya gətirə bilərdi. Bu nizamın yaradılması isə hər bir xalqın, ölkənin həyatında tarixi nailiyyətdir.

Müstəqilliyimizin ilk illərində konstitusionalizmi geriyə atan ən böyük amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Eyni zamanda, ölkədə baş verən siyasi proseslər də dövləti konstitusional hüquq quruculuğundan uzaqlaşdırırdı. Müasir dövrdən baxdıqda, Azərbaycanın həmin illərdə necə mürəkkəb vəziyyətə düşməsini daha yaxşı anlamaq olur. Hüquqi nizamın yoxluğu, eyni zamanda, cəmiyyətdə demokratik prinsiplərin də bərqərar olmasını ləngidir, ölkəni illərlə geriyə atırdı. Demokratiyanın tez bir zamanda Azərbaycanda bərqərar edilməsi isə ölkəmiz üçün yeganə çıxış yolu, müstəqilliyimizin dünya hüquq sistemində təsdiqi demək idi.

Həmin dövrdə hüquqi nizamın yoxluğu şəraitində ölkədə vəziyyətin sabitləşdirilməsi bir çox siyasətçilər üçün çətin və mümkünsüz görünürdü. Azərbaycan müstəqil olsa da, onun dövlətçilik prinsipləri yox səviyyəsində idi. Düşünmək olar ki, bu problemin həllinin məsuliyyəti ölkədə dövlət və ictimaiyyət nümayəndələrinin üzərinə düşürdü. Lakin həmin illər Azərbaycanda siyasi çəkişmələr, hakimiyyət uğrunda gedən hətta qanlı mübarizələr onların buna qadir olmadığını göstərdi. Belə vəziyyətdə hüquqi nizamı yalnız dövlətçiliyin nəzəriyyəsi və praktikasını dərindən bilən bir lider qura bilərdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının əsas məqsədi bu olmuşdur. Xalq məhz onun ölkəyə sabitlik gətirəcəyinə inanmış və geridə qalan illər də göstərmişdir ki, Azərbaycan cəmiyyəti bu məsələdə yanılmamışdır. Əgər Ümummilli Lider hakimiyyətə gəlməsəydi, müasir dövrdən nəzər yetirdikdə ölkəni nə gözləyəcəyini təsəvvür etmək belə çətin görünür. Ulu Öndərin Azərbaycanda dövlətə rəhbərlik etməyə başladığı ilk anlardan cəmiyyətimizə hava, su kimi lazım olan hüquqi nizamın işartıları görünməyə başladı. 1994-1995-ci illərdə də cəmiyyəti parçalamağa çalışan siyasi qüvvələr ölkədə hüquq quruculuğunun qarşısını almağa cəhdlər göstərdilər. Lakin bu, mümkün olmadı. Ümummilli Lider həm ölkəni xaosa sürükləməyə çalışan bu qüvvələrin qarşısını almaq üçün səylər göstərir, eyni zamanda, hüquq quruculuğunu dayanmadan davam etdirirdi. Ulu Öndər konstitusional hüququn bərqərar olmasının vacibliyini dərindən bilən qüdrətli siyasi xadim kimi ölkədə hüquqi nizamın yalnız bu yolla bərpa edilməsini mümkün hesab edirdi.

Bu məqsədlə 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması üçün Konstitusiya Komissiyası yaradılmışdı. Həmin dövrdə Ulu Öndər ölkədə gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, bu komissiya qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nail oldu. Azərbaycanda sabitliyə böyük təhdidlərin olmasına rəğmən, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik ölkə quruculuğunu qarşısına məqsəd qoymuşdu. Ümummilli Lider Konstitusiya Komissiyasının iclasında ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində prioritetlərini dəfələrlə vurğulamışdır: “Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmağı nəinki elan etmişik, biz onu həyata keçiririk və bu sahədə çox dəyərli addımlar atırıq”.

Ulu Öndər Azərbaycanın ilk Konstitusiyasının yaradılmasını ölkəni xaotik vəziyyətdən çıxara bilən əsas istiqamət kimi görürdü. Azərbaycanda demokratik dəyərlərin bərqərar olması Ali Qanunun mövcudluğu ilə mümkün idi. Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın Konstitusiyası hazırlanarkən onun məhz dünyəvi demokratik dəyərlər əsasında yaradılması başlıca məqsəd olmuşdur. Bu yolla Azərbaycanın perspektiv inkişafının təməli qoyulmuş, onun hər bir sahədə irəli addımlaması üçün əsaslar yaradılmışdır: “Konstitusiyamız da, yaradacağımız parlament də və parlamentin yaradılması üçün keçirilən seçkilər də respublikamızda seçilən həmin strateji məqsədə - Azərbaycanın müstəqilliyi, respublikamızda hüquqi, demokratik, sivilizasiyalı, dünyəvi dövlət qurulması, ölkəmizin həyatında - iqtisadiyyatda, sosial sahədə ciddi dəyişikliklər edilməsi və Azərbaycanın bir müstəqil dövlət kimi yaşaması məqsədinə uyğun olmalıdır: həm seçki qanunu, həm də Konstitusiyamız - Əsas Qanunumuz”.

Göründüyü kimi, Ulu Öndər Konstitusiyanın qəbulunun cəmiyyətin bütün sahələrində hüquqi nizam yaradacağına əminliyini ifadə etmişdir. Diqqət yetirsək görərik, məhz Azərbaycanın ilk Konstitusiyasının qəbulundan sonra ölkədə vəziyyət sabitləşməyə doğru dəyişdi, sabitlik bərpa olundu, iqtisadi artım tempi yüksəldi, cəmiyyətin fəaliyyəti normallaşdı. Ümummilli Lider Konstitusiyanın yaradılmasını, həmçinin Azərbaycanın dünya demokratik dəyərlər sisteminə inteqrasiyasını şərtləndirəcəyini də yaxşı bilirdi. Məhz bu Ali Sənəd Azərbaycanı digər dövlətlər sırasında layiqli yerini tutmağa, demokratik idarəetmə təcrübəsi qazanmağa və eyni zamanda, özünü dünyaya müstəqil dövlət kimi tanıtmağa zəmin yarada bilərdi. Ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri əks etdirməlidir. Yəni, dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsiplərini özündə cəmləşdirməlidir”.

Demokratik inkişaf, eyni zamanda, insan hüquq və azadlıqlarının təmin edilməsi ilə yanaşı, müstəqil Azərbaycanın yeni dövlət idarəetməsinə qədəm qoyması demək idi. Ölkəmiz yalnız bu yolla sabitliyə nail ola bilərdi. Sabitlik isə, öz növbəsində, cəmiyyətin bütün sahələrinin inkişafını şərtləndirən amildir. Bu baxımdan demokratik prinsiplər dövlət hakimiyyətinin möhkəmləndirilməsi üçün əsas şərt sayılırdı. Həmin dövrdə Azərbaycan üçün demokratik inkişaf prioritet seçilmişdi və bu da xaosdan çıxmaq üçün yeganə düzgün yol idi. Cəmiyyətin hüquqi nizama düşməsi üçün perspektivləri müəyyənləşdirəcək yeni qanunların qəbulu tələb olunurdu. Bunu isə mütləq şəkildə yeni Konstitusiyanın qəbulu ilə etmək olardı. Ölkənin Konstitusiyası hüquq yaradıcılığının bütün sahələri üçün təməl rolunu oynayırdı. Ümummilli lider Heydər Əliyev demokratik prinsiplər dedikdə məhz bunları nəzərdə tuturdu: “Əgər bu, bir tərəfdən, insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə Azərbaycanda yeni konstitusionalizm nəzəriyyəsi və praktikasının formalaşmasının əsasını qoymuş oldu. Ümummilli Lider bu Konstitusiya ilə Azərbaycanın çox-çox illər öncəyə inkişafının təməlini yaratdı. Bu Ali Sənədi hazırlayarkən o, ölkəmizin gələcəyinin uğurlu olacağına inanırdı. Bunun üçün Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu vurğulayaraq deyirdi: “Əgər Ermənistan təcavüzündən qurtara bilsək, əgər dövlətçiliyimizi möhkəmləndirə bilsək, bilin, Azərbaycanın çox böyük gələcəyi var”.

Prezident İlham Əliyev də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təkcə respublikamızın deyil, hətta regionun da hərtərəfli inkişafına ciddi maneə olduğunu dəfələrlə vurğulamışdır. Buna baxmayaraq, Azərbaycan məhz dövlətçiliyini, hüququn aliliyini möhkəmləndirməklə indiki inkişafa nail ola bilmişdir. Bu da şübhəsiz ki, Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın qəbul edildiyi dövrdən başlayır. Müasir tariximizdə bu, həlledici an olmuşdur. Heydər Əliyev Konstitusiyanın hazırlanmasının tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmək çox məsuliyyətli, eyni zamanda, şərəfli bir vəzifədir. Xoşbəxt adamlarıq ki, bu vəzifə bizim üzərimizə düşübdür”.

Konstitusiyanın qəbulu Azərbaycanın hüquq sistemində dönüş yaratmışdır. Ölkənin milli hüquq sistemi formalaşmağa başlamış, müxtəlif sahələri nizamlayan qanunlar qəbul edilmiş, ən əsası isə Konstitusiyada təsbit edilən hakimiyyətin qollarından biri - müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına başlanmışdır.

Konstitusionalizm quruculuğunda növbəti mərhələ isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. 1998-ci il iyulun 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə Azərbaycanın Konstitusiya Məhkəməsi yaradılmışdır. Məqsəd ölkədə konstitusiya ədalət mühakiməsinin təmin edilməsi olmuşdur. Buraya Konstitusiyada təsbit olunan prinsiplərin həyata keçirilməsinə nəzarət, onun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi daxildir. Ulu Öndər deyirdi: “Məhz buna görə konstitusiya ədalət mühakiməsi hakimiyyət sisteminin demokratikləşdirilməsi, insan hüquqlarının müdafiəsi və hüququn aliliyinin təmin edilməsinin aparıcı mexanizmlərindən biri kimi qəbul edilir”.

On beş il əvvəl Konstitusiya Məhkəməsinin yaradılması ölkədə gedən demokratik proseslərin daha əsaslı, düzgün istiqamət alması üçün vacib addım idi. Konstitusiya ölkədə ictimai münasibətləri hüquqi nizama saldığı kimi, Konstitusiya Məhkəməsi də bu nizamın daha da möhkəmlənməsinə nəzarəti həyata keçirir. Ölkədə qəbul edilən qanunların Konstitusiyada təsbit edilən xəttə uyğunluğunu yoxlamaq Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Bu, həmin qurumun dövlətdə qanunun aliliyinin təmin olunmasında böyük rola malik olduğunu göstərir. Konstitusion prinsiplərin hər bir qanunda əksini tapması konkret bir sahənin deyil, ümumilikdə ölkənin inkişafını təmin etmiş olur. Bu kontekstdə yanaşdıqda Konstitusiya Məhkəməsi, eyni zamanda, ölkənin hüquqi nizam xəttindən kənara çıxmaması, təsbit edilən prinsiplər əsasında inkişaf etməsinə böyük töhfə verir.

Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən demokratik dövlət quruculuğunda böyük rol oynamışdır. Ötən 15 il ərzində Konstitusiya Məhkəməsi 243 qərar və 56 qərardad qəbul etmişdir. Bundan əlavə, vətəndaşların birbaşa müraciəti ilə bağlı 85 qərar və 39 qərardad qəbul olunmuşdur.

Fəaliyyətini açıq və şəffaf quran Konstitusiya Məhkəməsinin bütün qərarları mətbuatda işıqlandırılır. Yalnız 2012-ci ildə Konstitusiya Məhkəməsi 23 qərar və 11 qərardad qəbul etmişdir. Qərarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunmuşdur. Ötən il Konstitusiya Məhkəməsinə 1605 müxtəlif xarakterli şikayət ərizəsi daxil olmuşdur. Bunların 582-ni məhkəmə aktlarından verilən şikayətlər təşkil etmişdir.

Konstitusiya Məhkəməsi hazırkı fəaliyyətində beynəlxalq təcrübəyə böyük diqqət yetirir, beynəlxalq hüququn müddəalarına, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Konstitusiya Məhkəməsi xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, o cümlədən Avropa Şurası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GİZ) və başqa beynəlxalq təşkilatlarla sıx əlaqələr qurmuşdur. Konstitusiya Məhkəməsi tərəfindən Türkiyə, Rusiya, Almaniya, ABŞ, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Norveç, İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Koreya Respublikası, İndoneziya və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının vəzifəli şəxsləri ilə işgüzar görüşlər keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Konstitusiya Məhkəməsi, həmçinin beynəlxalq tədbirlərin keçirilməsində də fəal iştirak edir. 2008-ci ildə Konstitusiya Məhkəməsinin 10 illiyi ilə əlaqədar Bakıda “Konstitusiya məhkəməsi qərarlarının icrası konstitusiya ədaləti mühakiməsinin həyata keçirilməsi prosesinin mühüm mərhələsi kimi” mövzusunda, 2010-cu ildə Azərbaycan Konstitusiyasının 15 illiyi ilə bağlı “İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmi” mövzusunda beynəlxalq konfranslara ev sahibliyi etmişdir.

Konstitusiya Məhkəməsi Azərbaycanın dünya demokratik dəyərlər sisteminə inteqrasiya prosesində iştirak edən mühüm strukturlardan biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiya Məhkəməsinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı Konstitusiya Məhkəməsinin 10 illiyi ilə bağlı 2008-ci il 12 iyul tarixli müraciətində qeyd etmişdir: “Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarda hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir”.

Müasir dövrdə qanunçuluq və konstitusionalizm prinsiplərinə söykənən demokratiyanın alternativi yoxdur. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Bu yolda isə cari ilin iyul ayında öz 15 illik yubileyini qeyd edəcək Konstitusiya Məhkəməsi Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri əsasında beynəlxalq əlaqələrini genişləndirməklə, məhkəmənin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmağa çalışır.

Tural Aslanov

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin

protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib